27 May 2020 11:01
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir şəhərində arvadını öldürməkdə təqsirli bilinən Elnur İsayevin barəsinində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Teleqraf.com xəbər verir ki, Mingəçevir şəhər Məhkəməsində hakim Ələkbər Hüseynovun sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin olunub.

Elnur İsayevin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İttihama görə, mayın 20-də 1982-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Fərqanə İsayevanın qohumunun evində bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Elnur İsayev Mingəçevir şəhər polis şöbəsinə könüllü gələrək təslim olmuş, cinayətin aləti olan bıçağı istintaq orqanına təqdim edib.

İstintaqla hadisənin zərərçəkmişin əri 1974-cü il təvəllüdlü Elnur İsayev tərəfindən qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq orqanı tərəfindən Elnur İsayevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Mingəçevir şəhər Prokurorluğunda istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər