Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Xəzər rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Bakı şəhər sakini Pərviz Əkbərov naməlum şəraitdə bıçaqlanıb. O, ağır vəziyyətdə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
1-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Nurəddin Zeynalov tutulub. O, törətdiyi cinayəti etiraf edib. Nurəddin Zeynalov bildirib ki, hadisə söyüş üstündə baş verib. Onun sözlərinə görə, Pərviz Əkbərovu bıçaqlayandan sonra hadisə yerindən qaçıb. Cinayəti törədəndən sonra bir gün gizlənsə də, sonda polis əməkdaşları tərəfindən həbs edildiyini deyib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov