16 Oktyabr 2014 12:24
1 593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyalar keçirmək cəhdinin qarşısı alınıb.

Bu barədə Teleqraf.com-a Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Urfan Fikrət oğlu Umayevin yanına qısamüddətli görüşə gəlmiş həyat Tamilə Simran qızı Paşayevanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilib.

Keçirilən baxış zamanı qadının əl çantasının içərisində gizlədilmiş, daxilində “Cin” danışıq kartı olan bir ədəd “Nokia” markalı mobil telefon aparatı, 1 ədəd qulaqcıq və gətirdiyi sovqatın içərisində gizlədilmiş 1 ədəd əl bıçağı aşkar edilərək götürülüb.

Urfan Umayev Cinayət Məcəlləsinin 228.2; 279.1 və 66.3 maddələrinə əsasən azadlıqdan məhrum edilib.
Urfan Umayev beynəlxalq terrorçu şəbəkə Azərbaycanda terror aktı törətmək istəyən qrupunun üzvü olub. Vüqar Padarova və “əmir” təyin edilən “Əbu Ubeydə” ləqəbli S. Saniyevə eyni səlahiyyət verilib. Onlar cinayətkar şəbəkə yaradaraq, “Eurovision 2012” ərəfəsində Bakıda və regionlarda terror hücumları həyata keçirməyi planlaşdırıblar.

İstintaq bu qənaətə gəlib ki, plana prezident İlham Əliyevə sui-qəsd də daxil imiş. Digər yandan “Baku Crystal Hall”da, “Hilton Baku” və “JW Marriot Hotel Absheron” mehmanxanalarında, Dövlət Bayraq Meydanında partlayış törətmək nəzərdə tutulubmuş.

Silahlı atışma zamanı MTN-in xüsusi təyinatlı dəstəsinin hərbçisi polkovnik-leytenant Elşad Quliyev həlak olub. Yaralanmış digər 3 əməkdaş Dövlət Sərhəd Xidmətinin hospitalına yerləşdirilib.

Əməliyyatlar nəticəsində Bakıda və Qazax rayonunda da hüquq-mühafizə orqanlarının 10-a yaxın əməkdaşı xəsarət alıb.

Qeyd edək ki, bu günə kimi “Eurovision 2012” ərəfəsində Azərbaycanda terror aktı törətməkdə ittiham olunan 3 mütəşəkkil dəstənin ümumilikdə 29 nəfərə hökm oxunub. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində “Eurovision” müsabiqəsinə etiraz etməkdə ittiham olunan “Azad Xəbər” internet qəzetinin baş redaktoru Nicat Əliyev, Elvin Nəzərov, Ceyhun Səfərli, Qorxmaz Camalov, Samir Hüseynov, Emin Tofiqi, Temirxan Hüseynov, Əli Əliyev, Səfər Məmmədov, Valeh Abdullayevin cinayət işi üzrə araşdırma davam etdirilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər