Şəkidə 29 nəfərə qarşı dələduzluq edən şəxsə qarşı cinayət işi açılıb.
Teleqraf.com xəbər verir ki, Şəki sakini Mustafazadə Elçin Eldəniz oğlu barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
O, Şəki şəhəri ərazisində Elçin Mustafazadə 29 nəfərin etibarından sui-istifadə edib, onların xeyli miqdarda pulunu, əmlakını ələ keçirib.
Elçin Mustafazadənin barəsində olan cinayət işi baxılması üçün Şəki rayon Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Ceyhun Əhmədovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.