Xəzər rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin sabiq müdiri Tural Zeynalovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Xəzər rayon Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Tərlan Əkbərovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, Tural Zeynalov Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Xəzər rayon İcra Hakimiyyətinin binasında keçirilən əməliyyat nəticəsində həbs olunub.
İstintaq orqanı tərəfindən Tural Zeynalovun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.