Bakının Binəqədi rayonunda mənzildən edən şəxs həbs edilib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş, 1989-cu il təvəllüdlü Mahir Məmmədov tutulub.
Mahir Məmmədov oktyabrın 17-də saat 17:30-dan 23:50-dək, Rəsulzadə qəsəbəsi Samirə Abbasovanın evindən, pəncərəni sındırmaqla 1 ədəd qızıl kloun, 1 cüt qızıl sırğa və bujiteriya əşyaları oğurlanmaqda şübhəli bilinir.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov