Argentinanın Kordova əyalətində yerləşən boya istehsalı kombinatında baş vermiş partlayış nəticəsində 50 nəfər xəsarət alıb.
Teleqraf.com-un “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, partlayış ötən gün axşam saatlarında “Riqoni” kombinatında baş verib. Partlayışın səbəbləri hələlik məlum deyil.
TN telekanalının məlumatına görə, insident nəticəsində təxminən 50 nəfər xəsarət alıb, onlardan azı 3 nəfərin vəziyyəti ağırdır. Partlayışdanyaxınlıqdakı evlərin şüşələri qırılıb.
Kordovanın qubernatoru Xose Manuel de la Sota hadisə yerinə baş çəkib. Əraziyə çoxlu sayda xilasedici, həkim və yanğınsöndürən briqadaları cəlb olunub.