19 Noyabr 2014 13:35
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayonunda narkotik alveri edən İran vətəndaşı həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Masallı rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 18-də Masallı şəhərində İran İslam Respublikası vətəndaşı Seyid Abbas Musəvi Cəfəri Seyid İsmayıl oğlu dövlət sərhədini qanunsuz keçdiyi üçün saxlanılıb.

Onun üzərinə baxış zamanı 3 qram tiryək, 250 qram marixuana və 1 ədəd kompas aşkar edilərək götürülüb.

Hacı Zeynalov


Müəllif: