Şəxsin qızına xəsarət yetirdikdən sonra intihar etməsi faktı ilə bağlı araşdırma aparılır.
Teleqraf.com xəbər verir ki, bu barədə Şəmkir Rayon Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, iyunun 3-də Şəmkir rayon sakini 1976-cı il təvəllüdlü Rəna Cəfərovanın yaşadığı evdə xəsarət alması və 1941-cı il təvəllüdlü atası Sərdar Cəfərovun intihar etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla Sərdar Cəfərovun ailə münaqişəsi zəminində yaşadığı evdə qızı Rəna Cəfərovaya bıçaqla xəsarət yetirdikdən sonra intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır. Zərərçəkmiş Rəna Cəfərovanın vəziyyəti qənaətbəxşdir.
12:26
Şəmkirdə ata qızını bıçaqlayıb, sonra isə intihar edib.
Teleqraf.com-un məlumatına görə, hadisə şəhərin 5-ci küçə ərazisində qeydə alınıb.
1940-ci il təvəllüdlü Sərdar Cəfərov qızı Rəna Cəfərovanı bıçaqlayıb. Daha sonra isə intihar edib.
Yaralı xəstəxanaya aparılıb.
Hadisənin səbəbi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.//Report.az