Azərbaycan Xalq Cəbhəsi Partiyası daxilində qruplaşma yaranıb. Bunu adının çəkilməsini istəməyən AXCP üzvü deyib. Onun sözlərinə görə, artıq neçə müddətdir partiya rəhbərliyində təmsil olunan şəxslər arasında qarşıdurma hiss edilir.
Belə ki, AXCP Rəyasət Heyətinin üzvləri arasında faktiki olaraq qruplaşma yaranıb. Qruplaşmanın bir tərəfində Ali Məclis sədri Həsən Kərimov, Gözəl Bayramlı, Natiq Ədilov və başqa şəxslər yer alıb.
Digər qruplaşmada isə Razi Nurullayev, Fuad Qəhrəmanlı və digərləri təmsil olunur. Hər iki tərəf partiya fəalları arasında özlərini təbliğ edir, doğru olduqlarını ifadə etməyə çalışır.
Eyni zamanda, qruplar daha çox dəstəklənmələrinə çalışırlar. Qeyd edək ki, 2000-ci ildən sonra AXCP rəhbərliyində belə qruplaşma mövcud deyildi.