Bakının Binəqədi rayonunda bədbəxt hadisə baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə yanvarın 20-də qeydə alınıb. Binəqədi rayonunda yaşayan Mübariz Zülfüqarov qidadan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. O, yanvarın 21-də xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov