13 Fevral 20:17
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Sumqayıt şəhəri ərazisində 1976-cı il təvəllüdlü Abdullayev Rüfət Sovet oğlunun üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qətli törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Qoşnəliyev Habil Bayram oğlu müəyyən olunaraq saxlanılıb.

İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlərə görə baş verib.

Qeyd edək ki, bir neçə gün əvvəl Sumqayıtda 48 yaşlı kişinin itkin düşməsi barədə məlumat yayılıb. Bildirilib ki, Sumqayıt şəhərində yaşayan Rəvan Abdullayev 04.02.2024-cü il tarixində polisə məlumat verərək qardaşı 1976-cı il təvəllüdlü Abdullayev Rüfət Sovet oğlunun “BTZ” bağları ərazisində yerləşən kafelərdən birindən çıxaraq, naməlum istiqamətə getdiyini və bir daha geri qayıtmadığını bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər