Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Zöhrab Şirinov, Aleksandr Feradze və Həbib Ovçuyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, məhkəmənin hökmü ilə Zöhrab Şirinov 11 il 6 ay, Aleksandr Feradze 10 il 6 ay, Həbib Ovçuyev isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər ötən il sentyabrın 24-də tutulublar. Araşdırmalar zamanı onların mənzillərdən oğurluq etdikləri məlum olub.
Gürcüstan vətəndaşı Aleksandr Feradze ömrünün 30 ilini həbsxanada keçirib.
Hacı Zeynalov