Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Səmayə Məmmədova ifadə verib. O bildirib ki, 12 il əvvəl “Xudafərin” MMC-dən ev alıb, amma mənzili bu günə kimi tam hazır olmayıb.
Məhkəmə iclası aprelin 23-də davam edəcək.
Hacı Zeynalov