24 Aprel 2015 18:45
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciət üzrə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, vətəndaşın Bakı şəhər sakini Vidadi Axundov tərəfindən ona qarşı dələduzluq hərəkətləri edilməsi barədə 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Vidadi Axundovun məhkəmədə baxılan iş üzrə təqsirləndirilən şəxsə yüngül cəza təyin etdirəcəyi adı ilə onun atasından 2013-cü ildə 43 min ABŞ dolları, daha sonra 2014-cü ildə əlavə olaraq 30 min manat məbləğində pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Hacı Zeynalov


Müəllif: