3 Sentyabr 2015 14:25
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər rayon Məhkəməsində avtomobil oğurluğu ilə məşğul olan azyaşlılardan ibarət mütəşəkkil dəstənin üzvlərinin məhkəməsi başlayıb.

Teleqraf.com xəbər verir ki, məhkəmə qarşısında Ramin Zeynalzadə, Xəyal Sultanov, Kənan Umudov, Xalid İmanov cavab verirlər.

İttihama görə, onlar Nizami rayonunda Əlibaba Daşdəmirova məxsus “ZAZ” markalı avtomobili qaçırıblar. Onlar avtomobili sürərək Binə qəsəbəsinin ərazisinə gəliblər. Azyaşlıların “Zeytunluq” adlandırılan ərazidə avtomobili yandırıblar. Onların daha bir neçə avtomobildən oğurluq etmələri müəyyən edilib.

Azyaşlılar istintaqa verdikləri ifadələrində avtomobilləri sürmək məqsədilə qaçırdıqlarını bildiriblər. Onlar Cinayət Məcəlləsinin 29, 185.2.1-ci (əmlakı məhv etməyə cəhd), 29-c, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü (oğurluğa cəhd) maddələri ilə ittiham edilirlər. Məhkəmə Əkrəm Qəhrəmanovun sədrliyi ilə keçirilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər