Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 1992-ci il təvəllüdlü Ülvi Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Teleqraf.com xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ülvi Cəfərov 7 il 10 ay 2 gün müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Ülvi Cəfərov Binəqədi rayon ərazisində xuliqanlıq nəticəsində bıçaqlanma hadisəsi törədib. O, Cinayət Məcəlləsinim 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) və 221-ci ( xuliqanlıq) maddələri ilə ittiham olunub.
Ülvi Cəfərov Cinayət Məcəlləsinin digər maddələri ilə dustaqlıq həyatı yaşayıb.
Hacı Zeynalov