Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 1998-ci il təvəllüdlü Rövşən Şahmarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Rövşən Şahmarov özündən bir yaş kiçik olan Elvin Muradov ilə WhatsApp və Facebook sosial şəbəkələrində mübahisə edib. Mübahisə Elvinin Facebook sosial şəbəkəsində paylaşdığı qız şəkili üstündə yaranıb.
Nizami rayonunda yerləşən 238 saylı məktəbin şagirdri olan Rövşən Şahmarov Elvin Muradova bıçaqla xəsarət yetirib. Xəsarət alan Elvin Muradov Sabunçu rayon 3 saylı şəhər kliniki xəstəxanasina yerləşdirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Rövşən məktəb yoldaşı Elvin Muradova 18 bıçaq zərbəsi endirib.
Hadisənin baş verməsinə gəlincə, telefonda yaranan mübahisəyə aydınlıq gətirmək istəyən Rövşən Şahmarov NZS qəsəbəsindən aprelin 22-də, gecə saat 1 radələrində Elvinin yaşadığı Qara Qarayev küçəsi, 29 ünvanına gəlib. Elə qanlı hadisə də, Elvinin yaşadığı ünvanın yaxınlığında baş verib. Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinin keçirdiyi əməliyyat nəticəsində hadisəni törədən Rövşən Şahmarov saxlanılıb.
Hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Prokuror Rövşən Şahmarovun 7 il 6 ay müddətə azadlıqdan məhrum edilməsinin tələb edib.
Məhkəmə iclası oktyabrın 30-da davam edəcək.
Hacı Zeynalov