23 Oktyabr 2015 19:48
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda liseyin şagirdi itkin düşüb.

Teleqraf.com xəbər verir ki, oktyabrın 21-də, saat 10.00-da Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Elçin Telman oğlu Zərbəliyev İ.Məmmədov küçəsi, 17 ünvanında yerləşən oxuduğu 4 saylı peşə liseyindən çıxaraq naməlum istiqamətə gedib.

Həmin gündən Elçin Zərbəliyevdən xəbər çıxmayıb. Onun itkin düşməsi ilə bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinə müraciət edilib.

Hazırda polis bölməsində itkin düşən Elçin Zərbəliyevin tapılması üçün tədbirlər görülür.

Hacı Zeynalov


Müəllif: