28 Oktyabr 2015 00:04
1 102
12 Punto 14 Punto 16 Punto 18 Punto

00.04

Teleqraf.com-un xəbərinə görə, Bərdədə itgin düşən azyaşlı tapılıb. Valideyinləri bildirib ki, o, evə gələrək yardımçı tikilinin içərisindən süpürgələrin arasınada oynadıqdan sonra elə orda da yatıb. Uşağın səhhəti tam normaldır.

19.06

Bərdə rayonunda birinci sinif şagirdi dərsdən sonra naməlum şəraitdə yoxa çıxıb.

Teleqraf.com-un xəbərinə görə, şəhər 3 saylı orta məktəbin 1-ci sinif şagirdi, Füzuli küçəsi, ev 11- də yaşayan Xəlilov Elsevər Təbriz oğlu dərsdən çıxdıqdan sonra onu götürməyə gələn atasını gözləmədən evə getmək istəyib. Lakin günorta saat 14 radələrindən evə getmək adı ilə məktəbdən uzaqlaşan Elsevərdən bir xəbər yoxdur. Yaxınları bildiriblər ki, Elsevər sonuncu dəfə onunla eyni məktəbdə təhsil alan bacısı Bəsti Xəlilovanın yanında olub:

"Məktəbin darvazasının yanında durmuşduq. Dedim ki, gəl, bir yerdə gedək. Dedi ki, yox, mən tək gedirəm. Mən də dedim, onda asfaltı keçəndə ehtiyatlı ol. Ondan sonra məktəbin arxasına keçən qardaşımı görmədim. Zəng vurulduğu üçün mən sinifə keçdim".

O da bildirilib ki, Elsevəri hər gün məktəbə atası aparıb-gətirib. Lakin bu gün atası həmişəki vaxtdan 10 dəqiqə gec gəlib. Bunu görən Elsevər bacısından uzaqlaşaraq evə getmək istədiyini bildirib. Ailə üzvlərinin bildirdiyinə görə, o, bir dəfə də evə dərsən sonra tək gəlib. Bu səbəbdən də bacısı onun evə gedə biləcəyini təxmin edib. Saat 14radələrindən axtarılan Elsevəri hələ də tapmaq mümükün olmayıb. Ailə tərəfindən rayon polis şöbəsinə məlumat verilib. Hazırda azyaşlının axtarışı davam edir.

Xalid Salmanbəyli


Müəllif: