10 Noyabr 2015 13:21
535
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ilin oktyabr ayı ərzində 3,657,657 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib, 83 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin
(ANAMA) mətbuat xidmətindən verilən məlumatda bildirilir.

Əməliyyatlarda 488 nəfər minaaxtaran mütəxəssis və 112 nəfər yardımçı heyət iştirak edib. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edib.

İndiyədək cəmi 309,423,464 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 713,777-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağcabədi, Ağstafa, Füzuli, Gəncə, Göygöl, Xocavənd, Lənkəran, Qazax, Abşeron və Tərtər rayonlarında davam etdirilir.

2015-ci ilin oktyabr ayı ərzində 2 mina/PHS hadisəsi qeydə alınıb.


Müəllif: