24 Noyabr 2015 14:19
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 22-də paytaxtın Yasamal rayonu ərazisində yol qəzası baş verib.


Axar.az-ın əməkdaşı Nihad Cəbrayılova məxsus 90-XX-745 nömrə nişanlı “BMV” markalı maşın naməlum sürücü tərəfindən vurulub.

N.Cəbrayılovun sözlərinə görə, həm sığorta şirkətinə, həm də Yasamal Rayon Yol Polisi İdarəsinə müraciət edib, amma nəticəsiz qalıb. Zərər çəkmiş deyib ki, hadisə Yasamal rayonu, Salatın Əsgərova küçəsində qeydə alınıb:

“Gecə maşını saxladım. Səhər saat 07:20 radələrində işə gəlmək üçün maşının yanına getdim. Gördüm ki, ön buferi sol tərəfindən vurulub, zərər vuran şəxs də qaçıb”.

Onun dediyinə görə, avtomobilin sığorta olunduğu “Atasığorta”ya müraciət edib: “Şirkətin əməkdaşı maşına baxış keçirdi. Daha sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim. Sığorta şirkəti məni Yasamal Rayon Yol Polisi İdarəsinə yönləndirdi. Yasamal rayonu ərazisində 129 kamera olsa da, bunlardan yalnız biri – ŞT02-129 nömrəli (məhz mənim maşınımın vurulduğu ərazidə olan) kamera işləmir”.

Sürücü bildirib ki, bu halda maşını vuran şəxsin kimliyini tapa bilmir: “ Sığorta şirkəti isə maşının 500 manat xərci olduğu halda mənə 40 manat təklif edir. Daxili İşlər Nazirliyindən xahiş edirəm ki, bu məsələyə diqqət yetirsinlər”.


Müəllif: