25 Noyabr 2015 14:24
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafa rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Dağkəsəmən kəndində qeydə alınıb.

Kənd sakini Qabil Salıfovun idarə etdiyi “VAZ-21013” və Qazax rayon sakini Səyalı Mirzəliyevanın idarə etdiyi “Kia” markalı avtomobillər toqquşub.

Nəticədə Qabil Salıfov hadisə yerində ölüb, Səyalı Mirzəliyevanın sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: