5 Yanvar 2016 11:25
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, 28 may metro stansiyasının qarşısında olan yeraltı keçiddə yerləşən Bakı şəhər sakinləri – 1992-ci il təvəllüdlü Vaqif Əkbərliyə və 1962-ci il təvəllüdlü Gülşən Əliyevaya məxsus mağazalardan oğurluq edilib.

Mağazalara girən naməlum şəxs oradan əl çantası, xəz gödəkcə oğurlayıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluğu törədən 1958-ci il təvəllüdlü Anya Səfərova tutulub.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: