7 Yanvar 2016 09:36
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədi şəhərində vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m olan ikimərtəbəli 6 otaqlı evin ikinci mərtəbəsinin 1 otağında mətbəx mebeli 3 kv.m sahədə yanıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Daha bir yanğın faktı ötən gecə Yevlax şəhərində baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 84 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 1 otağında yataq dəsti yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: