7 Yanvar 2016 11:11
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Babək Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Babək Həsənovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və ona 2 il şərti cəza təyin edilib.

Məhkəmə onun barəsində seçilmiş həbs qəti imkan tədbirini ləğv edib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Babək Həsənov Bakı şəhər sakininin etimadını qazanaraq ondan 90 min manat pul dələduzluq edib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmək) maddəsi ilə ittiham edilib.

Hacı Zeynalov


Müəllif: