11 Yanvar 2016 09:04
482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda vətəndaşa məxsus "MORRIS GARAGES" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bənzər hadisə Şabran şəhərində baş verib. Vətəndaşa məxsus istifadəyə yararsız "RAF" markalı mikroavtobusun yanar hissələri yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Yanğın saat 03:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb. ​


Müəllif: