13 Yanvar 2016 17:24
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qusar rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Hadisə Qusar-Xudat yolunun 8-ci kilometrliyində qeydə alınıb. Qusar sakini Zöhrabey Yüzbəyovun idarə etdiyi Qusar-Yuxari Zeyxur marşrutu ilə hərəkət edən sərnişin avtobusu Xudat sakini Rüfət İlyasovun idarə etdiyi "VAZ-21099" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində mikroavtobusada olan 10 nəfər xəsarət alıb.

Yol qəzasının baş verməsinə səbəb ilkin versiya olaraq yolun buzlu olması göstərilir. Hadisənin dəqiq səbəbləri aparılan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq. Faktla bağlı araşdırmalara başlanılıb./report.az


Müəllif: