25 Yanvar 2016 15:27
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər Prokurorluğu paytaxtda baş verən faciəli hadisə ilə bağlı açıqlamam yayıb.

Teleqraf.com xəbər verir ki, hadisə yanvarın 23-də, saat 14 radələrində paytaxtın Bilgəh qəsəbəsində yerləşən “Qağayı” istirahət bazasının ərazisində qeydə alınıb.

Həmin ərazidə demontaj işlərinin həyata keçirilməsi zamanı dəmir borunun həmin vaxt orada olan 1970-ci il təvəllüdlü, Füzuli rayon sakini Səfəralı Səfərovun üzərinə düşməsi nəticəsində aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.


Hacı Zeynalov


Müəllif: