27 Yanvar 2016 00:10
498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədidə 40 yaşlı kişi döyülüb.

Teleqraf.com-un xəbərinə görə, rayonun Şərəfxanlı kənd sakini Məmmədov Rza Rasim oğlu aldığı xəsarətlə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin müayinəsi zamanı onun bədəninin müxtəlif yerlərində xəsarət izləri aşkarlanıb.

Xəstəxanadan verilən məlumata görə, Rza Məmmədov oraya huşunu itirmiş halda gətirilib. Bildirilib ki, yaralı qeyri-etik hərəkətlər edir, sayıqlayırmış kimi ifadələr işlədir. Onun nədən bu vəziyyətə düşdüyü barədə xəstəxanadan dəqiq bir bilgi verilməyib. Rza Məmmədovun psixatrop maddə qəbul etdiyi versiyası da nəzərdən keçirilir.

Hazırda faktla bağlı Ağdam Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xalid Salmanbəyli


Müəllif: