Rusiyanın Perm vilayətinin Çerdınski rayonunda yerləşən 11 saylı islahedici koloniyada cəza çəkən "qanuni oğru"nun cəsədi aşkar edilib.
Teleqraf.com primecrime.ru-ya istinadən xəbər verir ki, kriminal aləmdə "Maks Pioner" ləqəbi ilə tanınan Maksim Novikov təknəfərlik kamerada özünü asıb.
O, 2014-cü ilin sentyabrın 11-də Türkiyədə "Volodya Blondin", "Lexa Zabava", "Jora Taşkentski", "Vova Puxlıy", "Oleq Tsirkaç" və digər "qanuni oğru"ların iştirakı ilə "Lotu Quli" tərəfindən "taclandırılıb". Növbəti ilin fevralın 15-də saxlanılan Novikov 8 ay sonra Leninski rayon məhkəməsi tərəfindən cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməklə 3,5 il müddətinə azadlıqdan məhrum edilib.
Məlumatlara görə, hadisədən bir müddət əvvəl də 36 yaşlı Novikov intihara cəhd edib. O, küt alətlə özünə xəsarət yetirib. Ancaq "vor zakon"un həyatını xilas etmək mümkün olub. Dindirilmə zamanı o, "Mən "oğru" kimi öləcəm" sözlərini deyib.
Elvin