İmişli rayon sakinindən külli miqdarda narkotik vasitə götürülüb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, İmişli rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakini Vəfadar Quliyev tutulub.
Ondan 2 kiloqram 485 qram yaş halda, 1 kiloqram 440 qram qurudulmuş marixuana götürülüb.
Hacı Zeynalov