Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirli bilinən Fərid Məmmədli və Elman Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən ilin oktyabrında Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinin və Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 5-də paytaxtın Nizami rayonu ərazisində Renat Vəliyevin 35 manatını və mobil telefonunu soyğunçuluq yolu ilə almış əvvəllər məhkum olunmuşlar Fərid Məmmədli və Elman Məmmədov Cəlilabad rayonunun ərazisində tutulublar.
Hacı Zeynalov