Bakının Xəzər rayonunda cinayət hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində qeydə alınıb.
1984-cü il təvəllüdlü Novruz Mustafayev və həyat yoldaşı, 1985-ci il təvəllüdlü Zəminə Nağıyeva birləşərək qonşuluqda yaşayan 1988-ci il təvəllüdlü Nahidə Mayılovanı döyüblər. Hadisə qonşular arasında yaranan mübahisə zəminində baş verib.
Faktla bağlı Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsində araşdırma aparılır.
Hacı Zeynalov