23 Oktyabr 2017 13:36
1 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün nəşriyyatımız bir yaş da böyüdü və 8 yaşı oldu.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Hədəf Nəşrlərinin direktoru, yazıçı Müşfiq Xan bildirib.

Onun sözlərinə görə, deyiləcək, görüləcək, nəşr olunacaq daha azman işlər irəlidədir: “Ötən illər boyunca istər dərsliklərimizin, istərsə də uşaq, bədii, tərcümə və layihə kitablarının ərsəyə gəlməsində əməyini əsirgəməyən zəhmətkeş kollektivimizə, sayğı-dəyər müəlliflərimizə, qazanda duzu olan tərcüməçilərimizin hamısına, kitab və ədəbiyyat adına sağlam, ədalətli və dürüst rəqabət mühiti formalaşdırmağı bacaran nəşriyyatlarımıza, kitabçılara, kitab evlərinə və əlbəttə ki, o möhtəşəm oxucularımıza səmimi qəlbdən minnətdarlığımı bildirirəm. Sizlərlə işləmək, Sizlərlə rəqabət aparmaq, Sizlər üçün işləmək sözün bütün mənalarında zövqlüdü, əvəzedilməzdi və mənimçün dünyanın ən gözəl duyğusudu. Elə buna görə də bu gün mən bütün kitabsevərləri təbrik edirəm!”

Qeyd edək ki, “Hədəf Nəşrləri” Məhdud Məsuliyyətli Cəmiyyəti 2009-cu ildə təsis edilib. Azərbaycan Respublikasında ən məşhur mətbəə və nəşriyyatlarla partnyorluq edən Hədəf Nəşrləri 2010-cu ildə “İlin ən yaxşı nəşriyyatı” (Yeni Yazarlar və Sənətçilər Qurumu), 2011-ci ildə “İlin ən fəal əməkdaşı” (AR Mədəniyyət və Turizm Nazirliyi) və həmçinin 2011-ci ildə keçirilən II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında “Ən fəal iştirakçı” diplomları ilə təltif edilib. Nəşriyyatın fəaliyyət göstərdiyi müxtəlif illər ərzində 4 nəşri mükafat alıb.


Müəllif: Şəfiqə