10 May 20:03
387
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin Mişustinin Rusiya hökumətinin sədri təyin edilməsi haqqında fərman imzalayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin saytı məlumat verib.

"Mixail Mişustin Rusiya Federasiyası Hökumətinin sədri təyin edilib", - məlumatda deyilir.

Mayın 10-da Dövlət Dumasının Mixail Mişustinin Rusiya Federasiyasının Baş naziri vəzifəsinə təsdiq edilməsi haqqında qətnaməni imzalanması üçün Rusiya prezidenti Vladimir Putinə göndərdiyi bildirilir.


Müəllif: Pərvin Cəfərova