10 May 19:34
369
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belqorod şəhəri və Belqorod vilayətində raket xəbərdarlığı sirenləri işə düşüb.

Teleqraf.com xəbər verir ki, Bu barədə Fövqəladə Hallar Nazirliyinin Belqorod vilayəti üzrə teleqram kanalında məlumat verilib.

“Diqqət! Belqorod şəhəri və Belqorod vilayəti. Raket təhlükəsi”,- yayılan mesajda qeyd olunub.

İdarə yerli sakinləri evlərini tərk etməməyə və pəncərələrə yaxınlaşmamağa çağırıb.

Mayın 10-da Rusiya Müdafiə Nazirliyi Moskva vaxtı ilə təxminən 9:30-da Belqorod vilayətinin hava məkanında iki mərminin vurulduğunu bildirib.


Müəllif: Pərvin Cəfərova