4 İyul 2016 22:54

Səudiyyə Ərəbistanın Mədinə şəhərində Peyğəmbər Məscidi yaxınlığında 3 dəfə partlayış olub.

Teleqraf.com xəbər verir ki, Məscidül Nəbinin yaxınlığında kamikadze üzərindəki partlayıcını işə salıb. Nəticədə 4 nəfər ölüb, 10 nəfər yaralanıb.

Qətif şəhərindəki məsciddə də kamikadze özünü partladıb. İlkin məlumatlara görə, qurbanlar yoxdur.

Qeyd edək ki, Məscidül Nəbi məscidində Məhəmməd Peyğəmbərin qəbri yerləşir.



Müəllif:
Загрузка...