16 İyul 13:18
178

Gürcüstandan Bolqarıstana gürcü tələbələri daşıyan avtobus Bolqarıstanda qəzaya düşüb. Nəticədə tur avtobusunda olan 23 tələbə yaralanıb.

Teleqraf.com xəbər verir ki, avtobusun təkərinin partlaması səbəbindən Bolqarıstanın Eynesil yaşayış məntəqəsinin yaxınlığında, səhər saatlarında qəza baş verib. İlkin xəbərə görə, 23 nəfər yaralanıb. Hazırda qəza ilə bağlı araşdırmalara başlanılıb.


Müəllif: Cavad