16 Oktyabr 2017 09:13
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

15.10.2017 22:31

Şənbə günü Somalinin paytaxtı Moqadişoda törədilən terror aktı nəticəsində ölənlərin sayı 231 nəfərə çatıb, daha 200 nəfər yaralı var.

Teleqraf.com xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb.

Oktyabrın 14-də Hodan rayonunda yerləşən mehmanxanalardan birinin binası yaxınlığında minalanmış yük maşını partladılıb. Bu, son illər Somalidə törədilmiş ən böyük terror aktlarından biridir. Bəzi məlumatlara görə, ərazidə ən azı iki partlayış baş verib.

Ölkədə üç günlük matəm elan olunub.

Hücuma görə heç bir terror təşkilatı məsuliyyəti öz üzərinə götürməyib.

***

Oktyabrın 14-də Somalinin paytaxtı Moqadişoda törədilən terror aktı nəticəsində ölənlərin sayı 276 nəfərə çatıb.

Bu barədə Somalinin informasiya naziri Abdürəhman Osman xəbər verib.


Müəllif: Teleqraf.com