22 Noyabr 2017 08:05
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Quql” şirkəti kibertəhlükəsizlik mövzusunda ABŞ-ın Berkli Universiteti ilə birlikdə aparılan tədqiqatın nəticələrini açıqlayıb.

Teleqraf.com-a İCTnyus-a istinadən xəbər verir ki, 2016-cı ildə 1.48 milyard login, parol və digər fərdi istifadəçi məlumatları kibercinayətkarların əlinə keçib.

Əksər məlumat sızması isə sadə parol qoyan istifadəçilərin payına düşüb.

Belə ki, ən populyar təhlükəli parol cinayətkarlar tərəfindən 6 milyon dəfədən çox tapılan “123456” olub. İkinci yeri ingiliscə parol mənasını verən “password” sözü tutub. Onun müdaxilə sayında payı 2.7 milyon təşkil edib. Liderlər üçlüyünü 2.2 milyon dəfədən çox yığılan “123456789” kombinasiyası tamamlayıb.

Bildirilir ki, internet istifadəçiləri ən çox məlumat bazaları güclü mühafizə edilməyən şirkətlərin səhvinə görə ziyan görürlər. “Quql” şirkətinin məlumatına görə, 2016-cı ildə 1,9 milyard insan qlobal hücumların qurbanı olub.


Müəllif: Teleqraf.com