11 Dekabr 2017 00:42
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kaliforniyanın San-Dieqo dairəsində yanğınlar zamanı ən azı 46 cıdır atı ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Huffington Post" məlumat yayıb.

Məlumatda qeyd edilir ki, yanğınlar zamanı həmçinin heyvanları xilas etməyə çalışan məşqçilər də yanıq xəsarətləri alıb.

"Bu Kaliforniyanın cıdır sənayesi üçün faciədir, bu, çox kədərlidir", - deyə "Los Alamitos Racing Association" assosiasiyasının vitse-prezidenti Cek Libau nəşrə bildirib.

O, həmçinin sahibkarlara, məşqçilərə, atların gözətçilərinə, faciəli hadisədən zərər çəkən digər şəxslərə şəfqət diləyib.
\Report\


Müəllif: