20 Yanvar 2018 15:32
3 723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hadisələri izləmək üçün Suriyanın Afrin əyalətinə gedən rus jurnalistlər ilikn qarşıdurmalarda türklərin zəfər qazandığını bildiriblər.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, iddialara görə, dünən gecə türk ordusu Afrin əyalətinin qərb bölgəsində yerləşən Baliyə kəndi istiqamətində ağır silahlarla hücuma keçib və PKK/PYD/YPG terrorçu qruplaşmanın üzvləri ağır itkilərlə kəndi boşaldaraq geri çəkiliblər.

Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu (ASO) bölmələrinin şərq istiqmətdən Afrinə doğru irəlilədiyi bildirilir.

Rus jurnalistlər isə bunu "Türk ordusunun ilk zəfəri" və "YPG-nin ASO-ya ilk məğlubiyyəti" qələmə veriblər.


Müəllif: İlhamə