27 May 2018 11:53
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin ənənəvi olaraq televiziyada canlı yayımla vətəndaşların suallarını cavablandıracaq.

Teleqraf.com “RİA Novosti”yə istinadla xəbər verir ki, birbaşa yayım iyunun 7-də yerli vaxtla saat 12:00-da başlayacaq. Mətbuat konfransı “Rossiya1”, “Rossiya24”, “ORT” telekanalları, “Mayak” radiostansiyası, “FM Xəbərləri” və “Rusiya Radiosu” ilə canlı yayımlanacaq.

Dövlət başçısı ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatına dair, eləcə də beynəlxalq vəziyyətlə bağlı vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Sualları müxtəlif sosial şəbəkələr, SMS və MMS-lə ünvanlamaq mümkündür.


Müəllif: Nərgiz