1 İyul 2017 12:30
2 259
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Ölümqabağı” layihəsinin bugünkü qonağı şair-publisist Aqşin Yeniseydir.

YAXINDA ÖLƏCƏYİNİZİ BİLSƏYDİNİZ SON DƏFƏ:

- Nə düşünərdiniz?

- Son saatlarımı düşünməyə xərcləməzdim, günah bir iş tutardım.

- Hansı yeməyi yeyib, hansı içkini içərdiniz?

- Hinduşka kababı və araq.

- Kiminlə görüşmək istəyərdiniz?

- Heç kimlə. Vaxtımı kağız-kuğuza ayırardım…

- Hara getmək istərdiniz?

- Himalay dağlarına…

- Kimi öpərdiniz?

- Rastıma çıxan ilk insanı…

- Hansı kitabı oxuyardınız?

- Heç bir kitabı…

- Hansı musiqiyə qulaq asardınız?

- Heç birinə vaxt itirməzdim!

- Kimə və nə hədiyyə alardınız?

- Ünvansız və səbəbsiz hədiyyələr alıb tökərdim evə, məndən sonra kim istəyir, götürsün.

- Hansı filmə baxardınız?

- Öldüyünü bilən adamın oturub kinoya baxması gülməlidir.

- 3 kəlməniz nə olardı?

- Əlvida, mənim günahlarım!..


Müəllif: Könül Əlibəyli