27 İyul 2016 17:35

Milli Məclisdə Şirvan şəhərini təmsil edən deputat Rəfael Cəbrayılov Müdafiə Sənayesi Nazirliyinin (MSN) bu şəhərdə yerləşən "Araz” zavodunda baş vermiş partlayışla bağlı açıqlama verib.

Millət vəkili Adalet.az-a bildirib ki, hadisə baş verəndən 3 saat sonra Şirvanda olub: "Hazırda rayondayam. Xəsarət alanlara baş çəkmişəm. Həlak olanların dəfn mərasimində iştirak etmişəm. Bildiyiniz kimi hadisə "Araz" zavodunun izolyasiya sexində baş verib. Həmin sex zavoddan 1-2 km-lik məsafədə yerləşir. Sexdə mərmilərin ləvğ olunması prosesi həyata keçirilir. Təəssüflər olsun ki, bəzi insanlar şou yaratmaq və "reytinq" qazanmaq xatirinə qeyri-obyektiv yazılar dərc edirlər".

Rəfael Cəbrayılov qeyd edib ki, hadisə zamanı yaralananların durumuna Müdafiə sənayesi naziri Yavər Camalovla birlikdə şəxsən nəzarət edir: "Onlara hər cür tibbi yardım göstərilib”.


Müəllif:
Загрузка...