5 İyul 2014 10:31

İyulun 3-də Ukraynanın Donetsk şəhərində Yol Polisi əməkdaşlarının güllələnərək öldürülməsinin kadrları yayılıb.



Avtomobilin videonəzarət kamerasının yaddaşına həkk olunmuş kadrlarda iki silahlı, maskalı şəxsin qarşı tərəfdən qaçaraq gəldikləri görünür.

Həmin şəxslər növbə çəkən yol polisi əməkdaşlarına atəş açırlar.

Qeyd edək ki, iyulun 3-də Doneskdə iki nəfər naməlum şəxs növbə çəkən Yol polisi əməkdaşlarını atəşə tutmuşdu. Hadisə nəticəsində üç Yol Polisi dünyasını dəyişmiş, daha bir polis əməkdaşı isə ağır yaralanmışdı.

/ans press/


Müəllif: