24 İyun 2017 12:20
1 718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi dünən axşam Kəbədə törədilməsi planlaşdırılan və qarşısı alınan terror hücumu ilə bağlı açıqlama verib.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, nazirlik terrorun xaricdən planlaşdırdığını vurğulayıb:

"Planı pozulan terrorçu Məscidül-Hərama hücuma keçməklə bütün müqəddəsliyə əl uzatdı. Xaricdən idarə olunan, təhlükəsizliyi və asayişi pozmağa yönəlmiş bir planı gerçəkləşdirməyə çalışırdılar".

Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi ötən gün axşam terrorçu kamikadzenin Kəbəyə hücum zamanı polislə atışmada özünü partlatdığı, 6 nəfərin yaralandığını, 5 nəfərin həbs olunduğu barədə məlumat yayıb.


Müəllif: Mahir