18 Avqust 2014 18:07

Qafqaz Müsəlmanları İdarəsi zəvvarların VİP təyyarələrlə aparılması ilə bağlı xəbərlərə aydınlıq gətirib.

QMİ-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarların VİP təyyarələrlə aparılacağı haqqında xəbərlərlə bağlı bildiririk ki, bu tam təsdiqlənməmiş xəbərdir:

“Belə ki, Qafqaz Müsəlmanları İdarəsinin rəsmiləri hazırda aviaşirkətlə danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanında ezamiyyətdədirlər. Yaxın günlərdə danışıqlar bitdikdən və muvafiq müqavilə imzalandıqdan sonra mətbuat vasitəsilə ictimaiyyətə bu barədə ətraflı açıqlama veriləcək”.

BƏXTİYAR


Müəllif:
Загрузка...