24 May 2017 21:35
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin Baş Assambleyası sentyabrın 30-nu rəsmi olaraq Beynəlxalq Tərcümə Günü elan edib.

Müvafiq qətnamə bu gün qəbul edilib.

Peşəkar tərcüməyə həsr edilmiş birinci qətnamədə bunun xalqların yaxınlaşmasında, qarşılıqlı anlaşma və əməkdaşlıqda, inkişafın təmin edilməsində, beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsində vacib rolu qeyd olunur.

Sənədin müəllifləri qismində Azərbaycan, Banqladeş, Belarus, Vyetnam, Qətər, Kosta-Rika, Kuba, Paraqvay, Türkmənistan, Türkiyə və Ekvador çıxış ediblər.
/Report/


Müəllif: Teleqraf.com